Главная > İdman > Masallıda taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilib
Masallıda taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilib19-04-2021, 16:53. Разместил: yeni321 |
Masallıda taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilib Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Masallı Taekvondo Mərkəzində COVİD-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərini nəzərə alaraq, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş uşaq, yeniyetmə və gənclər (oğlan və qızlar) arasında taekvondo idman növü (PUMSE) kompleks hərəkətlərin nümayiş etdirilməsi üzrə rayon birinciliyi keçirilib. Birinciliyin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi və pandemiya dövründə idmançıların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. 10-19 aprel tarixində üç yaş qrupu üzrə təşkil edilən rayon birinciliyində, uşaqlar arasında Bayramov Tunar Nurlan oğlu birinci, Sadıqlı Hüseyn Bəhruz oğlu ikinci, Şahverdiyev Murad Babək oğlu və Əsədullayev Ramid Amid oğlu üçüncü yerə, yeniyetmələr arasında Xəlilov Adıgözəl Elvin oğlu birinci, Dadaşov Əli Rəfi oğlu ikinci, Sucayev Fuad Kamran oğlu üçüncü yerə, gənclər arasında Vəliyev Rahid Nahid oğlu birinci, Əzizova Sevda Xəyal qızı ikinci, Rəhimli Əli Elşən oğlu üçüncü yerə layiq görülüblər. Birincilikdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb. www.yeniheyet.az Вернуться назад |