Главная > İdman > Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub


27-04-2021, 14:11. Разместил: yeni321
Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
 
Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında şahmat idman növü  üzrə onlayn qaydada keçirilən rayon birinciliyinə yekun vurulub.
Birinciliyin keçirilməsində məqsəd Ulu Öndərin əziz xatirəsinin yad edilməsi, həmçinin yeniyetmələr arasında Heydər Əliyev irsinin geniş təbliğindən və onların  asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Yarışın yekun nəticəsinə əsasən oğlanlar arasında Əkbərov Nurlan Nazim oğlu birinci, Sadiqzadə Miryusif Kənan oğlu ikinci, Zeynallı Böyükağa Emin oğlu üçüncü yerə, qızlar arasında isə Quliyeva Zeynəb Ruhil qızı birinci, Ağacanova Lalə Rauf qızı ikinci, Zeynallı Ayan Emin qızı üçüncü yerə layiq görülüblər.
Qalib idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад