Главная > İdman > Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib

Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib


27-05-2021, 21:07. Разместил: yeni321
Masallıda atletika idman növü üzrə rayon birinciliyi keçirilib

26-27 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər mərkəzi stadionunda 28 May Respublika gününə həsr olunmuş yeniyetmələr arasında Atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın keçirilməsində əsas məqsəd yeniyetmələrin atletika idman növünə marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin xüsusi bacarığı ilə seçilən idmançıları müəyyən etmək və üzə çıxarmaqdan ibarət olub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən birinciliyin yekun nəticəsinə görə atletikanın qaçış növü üzrə 100 metr məsafəyə qaçış üzrə Musayev Səyid Emin oğlu I, Həşimzadə Rəvan Ceyhun oğlu II, Dadaşov Asəf İlham oğlu III yerə layiq görülüb.
Yarışda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад