Главная > İdman > Masallı futbolçuları 4 yaş qrupu üzrə liderdir

Masallı futbolçuları 4 yaş qrupu üzrə liderdir


12-12-2017, 22:02. Разместил: yeni321
Masallı futbolçuları 4 yaş qrupu üzrə liderdir
 
2017/2018-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə uşaq və yeniyetmə idmançılardan ibarət komandalar arasında respublika çempionatı keçirilir.
Ölkə birinciliyinin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi, klublarda hazırlanması və yığma komandalara cəlb olunmasıdır.
Yarışlar seçmə və final mərhələsindən ibarətdir. Birinci seçmə mərhələ regionlardakı komandaların sayından asılı olaraq iki və üç dövrədə keçirilir. Komandaların birinci dövrədə topladığı xallar növbəti dövrədə qüvvədə qalır.
Masallı rayonunu təmsil edən beş komanda yarışlara müxtəlif yaş qrupları üzrə yarışlara qatılıb.
Artıq birinci dövrənin X turuna yekun vurulub. Son oyunların nəticələrinə görə Cənub regionunun Lənkəran zonası üzrə çıxış edən “Ərkivan” U-12 üçüncü (13 xal), “Boradigah” U-13 ikinci (22 xal, bombardir Ravil Qafarov -13 qol), UGİM U-11 üçüncü (10 xal, bombardir Kərim Tağıyev -17 qol), “Ərkivan” U-10 üçüncü (19 xal) yerdə qərarlaşıb. “Viləş” U-14 isə 18 xalla qrupun çempiondur.
Birinciliyin Cəlilabad zonası üzrə isə rayonumuzu təmsil edən üç komanda –“Masallı” U-10 (30 xal), “Masallı” U-12 (33 xal, bombardir Rafail Həsənov-10 qol) və “Masallı” U-13 (32 xal, bombardir Əli Müzəffərov – 9 qol ) öz qrupunda liderlik edir.  
                                                                                                             
                                                                                                        A.VAQİFOĞLU,                                                                                                                                                            “Yeni həyat”,
                                                                                                   www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад