Главная > İdman > Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub14-07-2021, 15:57. Разместил: yeni321 |
![]() Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbində COVİD-19 pandemiyasına qarışı əsəs müdafiə tədbirlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 27-ci ildönümünə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər (oğlan və qızlar) arasında şahmat idman növü üzrə Masallı rayon birinciliyinə yekun vurulub. İki gün (13-14 iyul) davam edən birinciliyin keçirilməsində əsas məqsəd uşaqlar , yeniyetmə və gənclər arasında şahmat idman növünə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi eləcə də, onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. ![]() Qalib şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb. ![]() www.yeniheyet.az Вернуться назад |