Главная > İdman > Masallı pəhləvanları Respublika turnirinin qalibidir

Masallı pəhləvanları Respublika turnirinin qalibidir


16-07-2021, 17:23. Разместил: yeni321
Masallı pəhləvanları Respublika turnirinin qalibidir
 
Abşeron rayon Olimpiya İdman Kompleksində Qarabağ müharibəsi qazisi polkovnik-leytenant Elçin Əli oğlu Əliyevin və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş Yunan-Roma və sərbəst güləş idman növləri üzrə azyaşlılar, məktəbli və yeniyetmələr arasında Respublika turnirinə yekun vurulub.
Turnirdə Masallı rayon komandası uğurlu nəticə əldə edib.
Belə ki, üç pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Yunan-romaçılarımızdan Əmrah Əmrahov (41 kq), Elmin Abbasov (35 kq), sərbəst güləşçimiz Nizami Şükürov (85 kq) bütün rəqiblərinə qalib gəliblər. Digər sərbəst güləşçimiz Tural Eynullayev (47 kq) isə üçüncü yerlə kifayətlənib.
Pəhləvanlarımızı yarışlara məşqçi-müəllimlər Təhmasib İsayev, Xıdır Hüseynov (sərbəst güləş üzrə) və Qismət Əkbərov (Yunan-roma güləşi üzrə) hazırlayıb.

 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад