Главная > İdman > Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib

Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib


17-07-2021, 07:56. Разместил: yeni321
Masallıda taekvondo üzrə açıq rayon birinciliyi keçirilib
 
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin  yaradılmasının 27-ci ildönümünə  həsr olunmuş taekvondo idman növü  üzrə uşaqlar, yeniyetmə və gənclər  arasında açıq  rayon birinciliyi keçirilib.
         İki gün (15-16 iyul) davam edən yarışların keçirilməsində əsas məqsəd rayonda taekvondo idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkarlamaq, idmanın kütləviliyinin təmin etmək, eləcə də uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaqdan ibarət olub.
         11 çəki dərəcəsində 120 nəfərə yaxın  idmançının iştrakı ilə keçirilən yarışlarda Masallı rayon komandası birinci, Lənkəran rayon komandası ikinci, Biləsuvar rayon komandası isə üçüncü yerə layiq görülüb.
      Qalib idmançılar Masallı rayon Gənclər və İdman İdarəsinin diplom və  medalları ilə mükafatlanıb.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад