Главная > İdman > Masallılı üzgüçü Paralimpiya çempionu və rekordçusudur

Masallılı üzgüçü Paralimpiya çempionu və rekordçusudur


1-09-2021, 16:06. Разместил: yeni321
Masallılı üzgüçü Paralimpiya çempionu və rekordçusudur

Azərbaycan üzgüçüsü Vəli İsrafilov ölkəmizə “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 11-ci qızıl medalı qazandırıb.
19 yaşlı idmançımız 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və Paralimpiya rekordunu qırıb.
Vəli israfilov Azərbaycanın Paralimpiya çempionu olan ən gənc idmançısı adına sahiblənib.
Məlumat üçün bildirək ki, Masallı rayonunun Köhnə Alvadı kəndindən olan İsrafilov Vəli Rəşadət oğlu ölkəmizi 4-cü İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə təmsil edən 10 idmançıdan biri olub. Dəfələrlə Azərbaycan çempionu adını qazanan V.İsrafilov 12 yaşında birinci dərəcəli idmançı, 15 yaşlında isə idman ustası normativini yerinə yetirib. Türkiyədə, Gürcüstanda, İsraildə və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin mükafatlarını qazanıb.
Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib.
 
Vəli İsrafilov ötən il Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanaraq idmançımız brass üsulu ilə mübarizə apararaq 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutmuşdu. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırmışdı.  
Bundan əlavə, Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının (2021) qızıl medalına sahib olan Vəli 100 metr məsafədə “brass” növündə 1:04.80 nəticə göstərərək bütün rəqiblərini geridə qoymuşdu.
Qeyd edək ki, Vəli İsrafilov Uşaq Paralimpiya hərakatının üzvü olub və professional karyerasına orada başlayıb.

Akif AĞAYEV,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад