Главная > İdman > Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

Masallıda poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib


22-09-2021, 18:30. Разместил: yeni321
"Vətənin Müdafiəsinə Hazıram”

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbin idman meydançasında yeniyetmə və gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
Yarışın əsas məqsədi, yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi və “Vətənin Müdafiəsinə Hazıram” poliotlon çoxnövçülüyünün payız çağırışına həsr olunmuş zona birinciliyində iştirak etmək üçün rayon komandasına istedadlı gənclərin cəlb olunmasından ibarət olmuşdur.
Yarışa ciddi hazırlaşan komandalar birinci olmaq uğrunda gərgin mübarizə aparıblar. Komandalar 100 və 200 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növlərində güclərini sınayıblar.
Sonda Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin komandası birinci, şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin komandası ikinci, şəhər 3 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

 


 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад