Главная > İdman > Masallıda Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib

Masallıda Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib


26-09-2021, 19:09. Разместил: yeni321
Masallıda Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Mollaoba kənd B.Şiriyev adına tam orta məktəbin idman zalında torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinə və Anım gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.
İki gün (25-26 sentyabr) yarışların mükafatlandırılma mərasimində rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, UGİŞM-nin direktoru Əlifağa Yaqubov çıxış edərək birinciliyin təşkil edilməsində əsas məqsədinin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, rayonda Yunan-roma güləşi idman növünə olan marağı daha da artırmaq, perspektivli idmançıların üzə çıxarılmasından ibarət olduğunu bildiriblər.
20 çəki dərəcəsində 150-ə yaxın idmançının iştrakı ilə keçirilən yarışlarda qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад