Главная > İdman > Masallı taekvondoçuları 120 idmançı arasında güclü olub

Masallı taekvondoçuları 120 idmançı arasında güclü olub


4-10-2021, 15:28. Разместил: yeni321
Masallıda taekvondo üzrə açıq yoldaşlıq görüşü keçirilib

Masallı Rayon Taekvondo Mərkəzində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş azyaşlı uşaq, uşaqlar, yeniyetmə və gənc oğlan və qızlar arasında taekvondo idman növü üzrə açıq yoldaşlıq görüşü keçirilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə respublikanın şəhər və rayonların fəaliyyət göstərən taekvondo klublarının idmançıları qatılıb.
48 çəki dərəcəsində, 4 yaş qrupu üzrə keçirilən yarışda 120-ə yaxın idmançı tatami üzərində öz gücünü sınayıb.
 
İki gün (2-3 oktyabr) davam edən yarışların mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısından danışaraq, yarışın keçirilməsində əsas məqsədin idmançıların fiziki sağlamlığını, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, dostluq əlaqələrinin təbliği, uşaq və yeniyetmələrin bu idman növünə marağının artırılması və inkişaf etdirilməsindən ibarət olduğunu bildirib.
Yarışın yekun nəticələrinə əsasən Masallı rayonunun komandası birinci, Bakı şəhərinin “Alpman” klubu ikinci, Tovuz taekvondoçuları isə üçüncü yerə layiq görülüb.
Qalib idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад