Главная > İdman > Masallıda voleybol üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda voleybol üzrə rayon birinciliyinə yekun vurulub


5-10-2021, 16:53. Разместил: yeni321
Masallıda voleybol üzrə rayon birinciliyi keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Boradigah İdman zalında, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbirin mükafatlandırılma mərasimində rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsinin yad edilməsi və məktəblilər arasında sağlam həyat tərzinin formalaşdırılmasından ibarət olduğunu qeyd ediblər.
İki gün (04-05 oktyabr) davam edən birincilikdə səkkiz məktəb komandası mübarizə aparıb.
Yarışların yekun nəticəsinə əsasən Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin komandası birinci, Türkoba kənd S.Vurğun adına tam orta məktəbinin komandası ikinci, Qodman kənd C .Kazımov adına tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar rayon gənclər və idman idarəsinin diplomları ilə təltif edilib.

www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад