Главная > İdman > Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb


7-10-2021, 16:55. Разместил: yeni321
Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinə həsr edilmiş məktəblilər arasında stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
Tədbirin mükafatlandırılma mərasimində qalibləri təbrik edən rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov və uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Əlifağa Yaqubov yarışın keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsinin əziz tutulması, eləcə də məktəblilər arasında tennis idman növünə olan marağın daha da artırılmasından ibarət olduğunu bildiriblər.
Yarışda qalib gəlimiş idmançılar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад