Главная > İdman > Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub


9-10-2021, 15:08. Разместил: yeni321
Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
 
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə  təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat idman növü üzrə rayon birinciliyi keçirilib.
           Koronavirus pandemiyasına qarşı əsas müdafiə tədbirləri nəzərə alınmaqla uşaq-gənclər idman-şahmat məktəbinində keçirilən mükafatlandırma mərasimində rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov və UGİŞM-nin direktoru Əlifağa Yaqubov çıxış edərək rayon birinciliyinin keçirilməsində əsas məqsədin Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin yad edilməsi, həmçinin məktəblilər arasında hərbi vətənpərvərlik ruhunun artırılması və onların asudə vaxtlarının səmərəli təşkilindən ibarət olduğunu vurğulayıblar.
        İki gün (07-08 oktyabr) davam edən birinciliyin qalib şahmatçıları rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад