Главная > İdman > Gənclər və idman naziri cənub bölgəsində

Gənclər və idman naziri cənub bölgəsində


13-10-2021, 16:20. Разместил: yeni321
Gənclər və idman naziri cənub bölgəsində 

Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə səfəri zamanı burada fəaliyyət göstərən idman qurğuları ilə tanış olub.
Səfər çərçivəsində F.Qayıbov Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvar Olimpiya İdman komplekslərində yaradılmış şəraitlə tanış olaraq, onların fəaliyyətləri ilə maraqlanıb, müxtəlif idman növləri üzrə məşq proseslərini izləyib.
Gənclər və idman naziri, həmçinin Masallıda yerləşən Regional Taekvondo Mərkəzində, Regional Boks Mərkəzində, eləcə də Masallı, Lənkəran və Biləsuvarda fəaliyyət göstərən Gənclər evlərində olub və bu mərkəzlərdə yaradılmış şəraitlə maraqlanıb.
Nazir qurğuların gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib və bununla bağlı müvafiq tövsiyələr verib.
 
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад