Главная > İdman > “Ərkivan” FK Masallını “Region Liqası”nda təmsil edəcək

“Ərkivan” FK Masallını “Region Liqası”nda təmsil edəcək


28-10-2021, 17:19. Разместил: yeni321
“Ərkivan” FK Masallını “Region Liqası”nda təmsil edəcək 

       Oktyabrın 28-də “Viləş” mini futbol meydançasında Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov “Region Liqası”nda rayonumuzu təmsil edəcək “Ərkivan” futbol klubunun üzvləri  ilə görüşüb.
Görüş zamanı S.Cahangirov klubun şəxsi heyəti ilə tanış olub, komanda üzvlərinə yarışlarda uğurlar arzulayıb.
Sonra futbolçulara idman geyimləri paylanılıb.
      Yeniheyet.az-a verilən məlumata görə “Ərkivan” komandası 5 oyunu evdə, 5 görüşü isə səfərdə keçirəcək.
İlk qarşılaşması oktyabrın 31-də Masallı şəhər mərkəzi stadionunda Qaradağ rayonunun “Qobustan” komandası ilə olacaq komandamıza “Region Liqası”nda rayonumuzu layiqincə təmsil etməyi arzulayırıq.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад