Главная > İdman > “Region Liqası”nda “Ərkivan” FK-nin ilk qələbəsi

“Region Liqası”nda “Ərkivan” FK-nin ilk qələbəsi


31-10-2021, 17:45. Разместил: yeni321
“Region Liqası”nda “Ərkivan” FK-nin ilk qələbəsi

 “Region Liqası”nda Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu ilk qələbəsini qazanıb.
Çempionatda ilk qarşılaşmasını oktyabrın 31-də Qaradağ rayonunun “Qobustan” komandası ilə keçirən komandamız rəqibini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Masallı şəhər mərkəzi stadionundakı oyun öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşün 16-cı dəqiqəsində 16 yaşlı futbolçumuz Bilal Əbilovun vurduğu qol ilk hissənin taleyini həll edib.
İkinci yarımhissədə də Masallı idmançıları üstünlüyü əldən verməyiblər. 52-ci dəqiqədə Nicat Babayev, 69-cu dəqiqədə isə “Ərkivan” FK-nin kapitanı Asəf Həşimov rəqib qapısına yol tapıb – 3:0.
Qarşı tərəf isə matçın son dəqiqələrində iki dəfə 11 metrlik cərimə zərbəsindən yararlanmağı bacarıb – 3:2.    

 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад