Главная > İdman > Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub


1-11-2021, 18:15. Разместил: yeni321
Şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
 
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə pandemiya qaydaları gözlənilməklə uşaq və yeniyetmə oğlan və qızlar arasında şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub.
“Zəfər Günü”nə həsr olunmuş yarışın son günü, Uşaq-Gənclər İdman Şahmat məktəbindəki mükafatlandırılma mərasimindən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdmançıları qarşıdan gələn “Zəfər Günü” münasibəti ilə təbrik edən rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, uşaq-gənclər idman şahmat məktəbinin direktoru Əlifağa Yaqubov bildiriblər ki, 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı: “Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan bütün dünya ictimaiyyəti qarşısında məğlubiyyətini etiraf etməyə məcbur edildi…”
İki gün (31 oktyabr-01 noyabr) davam edən birinciliyin yekun nəticəsinə əsasən 14 yaşlı oğlanlar arasında Heydər Hüseynzadə I, Amil Həşimov II, Bulud Aslanov III, 12 yaşlı oğlanlar arasında Miryunis Sadıqzadə I, Kənan Həsənov II, Saleh İmaməli III,10 yaşlı oğlanlar arasında Nihad Həsənov I, Cavidan Kazımov II, Çıraq Tahirli III, 8 yaşlı oğlanlar arasında Fazil Məhərrəmli I, Taleh İmaməli II, Xanoğlan Abdinov III yerə layiq görülüb.
14 yaşlı qızlar arasında Zeynəb İmaməli I, Leyla Bağırzadə II, Zeynəb Quliyeva III,12 yaşlı qızlar arasında Lalə Ağacanova I, Rəna Həşimova II, Nərmin Kazımova III,10 yaşlı qızlar arasında Nisə Təhməzli I, Aylin Qəniyeva II, Aydan Qaraşlı III, 8 yaşlı qızlar arasında Surayyə Ağacanova I, Zöhrə Təhməzli II yerə sahib olub.
Qaliblər təşkilat komitəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

 
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад