Главная > İdman > Masallıda cüdo üzrə rayon birinciliyi sona çatıb

Masallıda cüdo üzrə rayon birinciliyi sona çatıb


2-11-2021, 19:54. Разместил: yeni321
Masallıda cüdo üzrə rayon birinciliyi sona çatıb 

Masallıda “Zəfər Günü”nə həsr edilmiş uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi sona çatıb.
Şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbinin idman zalında keçirilən yarışların mükafatlandırılma mərasimində iştirak edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.
Yeniheyet.az xəbər verir ki, iki gün (01-02 noyabr) davam edən yarışlarda 11 çəki dərəcəsində 60 nəfərə yaxın idmançı gücünü sınayıb.
Qalib cudoçular rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlanıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад