Главная > İdman > Masallıda voleybol üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda voleybol üzrə rayon birinciliyinə yekun vurulub


3-11-2021, 18:44. Разместил: yeni321
Masallıda voleybol üzrə rayon birinciliyinə yekun vurulub

       Boradigah qəsəbə  idman zalında Masallı Rayon  Gənclər və İdman İdarəsinin və  Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə "Zəfər Günü"nə həsr olunmuş məktəblilər arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.
       Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışlarda 8 məktəb komandası iştrak edib.
Yeniheyet.az xəbər verir ki, iki gün (02-03 noyabr) davam edən yarışların yekun nəticəsinə əsasən Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin komandası birinci, Türkoba kənd S.Vurğun adına tam orta məktəbinin komandası ikinci, Tüklə kənd Ə.İbadov adına tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
       Qalib komandaların üzvləri təşkilat komitəsinin diplomları ilə mükafatlanıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад