Главная > İdman > Masallıda boks üzrə rayon birinciliyi keçirilib

Masallıda boks üzrə rayon birinciliyi keçirilib


5-11-2021, 16:15. Разместил: yeni321
Masallıda boks üzrə rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə  Regional Boks Mərkəzində  Zəfər Gününə həsr olunmuş yeniyetmə və gənclər  arasında boks idman növü  üzrə rayon birinciliyi keçirilib.
      Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
         Yeniheyet.az xəbər verir ki, iki gün (4-5 noyabr) davam edən yarışların mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov, Boks Mərkəzinin direktoru Elnur Hacıyev, Əməkdar məşqçi Həbib Mehtiyev  və Vətən müharibəsi iştrakçısı Simran Nurullayev çıxış edərək idmançıları Zəfər Günü münasibətilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıblar.
         19  çəki dərəcəsində 70-ə yaxın idmançının iştrakı ilə keçirilən birincilik gərgin və maraqlı mübarizə şəraitində keçirilib.
Yarışların yekun nəticəsinə əsasən qalib gəlmiş idmançılar rayon gənclər və idman idarəsi tərəfindən diplom və medallarla  təltif olunub.


   
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад