Главная > İdman > Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb


5-11-2021, 16:25. Разместил: yeni321
Masallıda stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb

        Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilmiş məktəblilər arasında stolüstü tennis üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
       Yeniheyet.az xəbər verir ki, Xırmandalı kənd X.Məmmədov adına tam orta məktəbinin idman zalında keçirilən yarışların son günü, mükafatlandırılma mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov və Uşaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov çıxış edərək qalibləri təbrik edib, tədbirin keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsinin əziz tutulması, həmçinin məktəblilər arasında tennis idman növünə olan marağın daha da artırılmasından ibarət olduğunu bildiriblər.
       Qalib idmançılar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
  
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад