Главная > İdman > Masallıda mini futbol turnirinin Zəfər turu keçirilib

Masallıda mini futbol turnirinin Zəfər turu keçirilib


9-11-2021, 18:26. Разместил: yeni321
Masallıda mini futbol turnirinin Zəfər turu keçirilib

Masallı Rayon Gənclər və İdman idarəsi, Bioloji Təbabət Klinikası, AFFA və “Azad” futbol klubunun təşkilatçılığı ilə mini futbol turnirinin növbəti Zəfər turunun oyunları keçirilib.
 
“Viləş” (Masallı) mini futbol stadionunda "Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında təşkil olunan turnir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənıb.
Rəmzi olaraq əvvəlcə “Viləş” futbol klubunun veteran futbolçuları İkinci Qarabağ Müharibəsi iştirakçıları, qaziləri arasında yoldaşlıq görüşü baş tutub.
  
Oyun 3-2 hesabı ilə qazilərin xeyrinə qurtardıqdan sonra rayon gənclər və idman idarəsinin rəisi Sabiq Cahangirov, Bioloji Təbabət Klinikasının icraçı direktoru Sevindik Becanlı, baş həkimi Tural Xaspolad komandalara diplom və hədiyyələr təqdim ediblər.
Yeniheyet.az xəbər verir ki, daha sonra mini futbol turnirinə start verilib.
Oyunları AFFA-nın milli dərəcəli hakimləri Rəşad Aydınov, Bilal Rüstəmov idarə edib.
Noyabrın 8-də “A” qrupu üzrə Biloloji Təbabət – “Kolatan” FK oyunu 3-5, Göytəpə FK – “Maqna” qarşılaşması 2-4, “Grand” Fk – “Araz” Market görüşü 3:1 hesabı ilə nəticələnib.
 
“B” qrupunun oyunları isə noyabrın 11-də keçiriləcək.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад