Главная > İdman > Masallıda sərbəst güləş üzrə açıq rayon birinciliyinə yekun vurulub
Masallıda sərbəst güləş üzrə açıq rayon birinciliyinə yekun vurulub15-11-2021, 17:47. Разместил: yeni321 |
![]() Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib. Masallı Olimpiya İdman Kompleksində təşkil olunan yarışların açılış mərasimi zamanı əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ![]() Bildirilib ki, yarışların keçirilməsində məqsəd Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi, rayonda güləşin inkişafı, perspektivli idmançıların aşkar edilməsi, yeniyetmələrin idmana olan marağının artırılmasıdır. ![]() 7 komandadan 100-ə yaxın yeniyetmə pəhləvanın gücünü sınadığı yarışların yekun nəticəsinə əsasən Masallı rayon komandası birinci, Bakı şəhərini təmsil edən “ROİL” komandası ikinci, Lənkəran rayon komandası isə üçüncü layiq görülüb. ![]() Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |