Главная > İdman > Masallıda mini futbol turnirinin final oyunları keçirilir

Masallıda mini futbol turnirinin final oyunları keçirilir


16-11-2021, 13:04. Разместил: yeni321
“Grand”, “Bioloji Təbabət”, “Qala-95”, “Göytəpə” 1/2 finala vəsiqə qazanıb

Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, AFFA və “Azad” futbol klubunun təşkilatçılığı ilə mini futbol turnirinin 1/4 final oyunları keçirilib.
“Viləş” (Masallı) mini futbol stadionunda "Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında təşkil olunan turnir öncəsi şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səslənıb.
Oyunları AFFA-nın milli dərəcəli hakimləri Rəşad Aydınov, Bilal Rüstəmov idarə edib.
Noyabrın 15-də 1/4 final oyunları çərçivəsində “Grand” FK – “Millenum” görüşü 6-1, “Qala-95” – “Magna” qarşılaşması 2-1, “Bioloji Təbabət” – “Cənub” FK matçı 3:0, “Səmidxan” FK – “Göytəpə” FK oyunu 1:2 hesabı ilə başa çatıb.
1/2 final oyunları noyabrın 18-də keçiriləcək. “Grand” FK “Bioloji Təbabət” komandası ilə (saat 19:00-da), “Qala-95” isə “Göytəpə” futbol klubu ilə (saat 20:00-da, “Viləş” mini futbol stadionunda) finala vəsiqə uğrunda mübarizə aparacaq.
 
Akif VAQİFOĞLU,
 www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад