Главная > İdman > Masallıda mini futbol turnirinin 1/2 final oyunları keçirilib

Masallıda mini futbol turnirinin 1/2 final oyunları keçirilib


19-11-2021, 12:06. Разместил: yeni321
Finalda Ərkivanın “Grand” və “Qala-95” komandaları görüşəcək

Masallı Rayon Gənclər və İdman İdarəsi, Bioloji Təbabət Klinikası, AFFA və “Azad” futbol klubunun təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında keçirilən mini futbol turnirinin 1/2 final oyunları başa çatıb.
Turnir öncəsi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səslənıb.
“Viləş” (Masallı) mini futbol stadionunda təşkil olunan oyunları AFFA-nın milli dərəcəli hakimləri Xalid Quliyev və Rəşad Aydınov idarə edib.
Noyabrın 18-də 1/2 final oyunları çərçivəsində “Grand” FK – “Bioloji Təbabət” görüşü 1-0, “Qala-95” – “Göytəpə” FK qarşılaşması 8-2 hesabı ilə nəticələnib.
Final mərhələsinin rəsmi açılış mərasimi noyabrın 22-də saat 18:00-da olacaq.
Finalda (saat 20:00-da) “Grand” FK və “Qala-95” komandaları qarşılaşacaq.
“Bioloji Təbabət”lə “Göytəpə” futbol klubu isə (saat 19:00-da) üçüncü yer uğrunda mübarizə aparacaq.
 
Akif VAQİFOĞLU,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад