Главная > İdman > Masallıda idmançılarla görüş

Masallıda idmançılarla görüş


11-12-2021, 11:54. Разместил: yeni321
Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində Masallı rayonunda taekvando İdman növü üzrə dördqat Azərbaycan çempionu, Beynəlxalq turnirlərin mükafatçısı, qara kəmər 1-ci dan, Vətən müharibəsi iştirakçısı, Suqovuşanın azad olunmasına görə” medallı Samir Məhərrəmov və taekvando üzrə respublika çempionu, Beynəlxalq turnirlərin mükafatçısı, qara kəmər 1-ci dan, Avropa çempionatının gümüş mükafatçısı, idman ustası Rahid Vəliyevlə məktəblilərin görüşü keçirilib.
Tədbirdən əvvəl Masallı şəhər Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.
Yeniheyet.az xəbər verir ki, dekabrın 10-da, şəhər 3 saylı tam orta məktəbində təşkil olunan görüşdə məktəbin müəllim və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin əməkdaşları, idmançılar iştirak ediblər.
Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov ölkəmizdə Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən dövlət qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə geniş məlumat verərək, ölkəmizdə idmanının inkişafından bəhs etmişdir.
Əməkdar-məşqçi Ədalət Ağayev, məşqçi-müəllim Sadiq Ağayev, şəhər 3 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Fərman Zeynalov idmançılara gələcək yarışlarda da uğurlu nəticələr əldə etmələrini arzulamışlar.
Sonda İdmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlarla xatirə şəkilləri çəkdirmişlər.
 



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад