Главная > İdman > Masallı Rayon İcra Hakimiyyətinin başçısı Dünya çempionu Rəşid Rəşidli ilə görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Dünya çempionu Rəşid Rəşidli ilə görüşüb


12-12-2021, 14:10. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Dünya çempionu Rəşid Rəşidli ilə  görüşüb
       
Masallı Rayon İcra Hakimiyyətinin başçısı dördqat Dünya çempionu Rəşid Rəşidli ilə  görüşüb.
Görüş zamanım idmançı ilə səmimi söhbət edən icra başçısı respublikamızın gündən-günə inkişaf etdiyini bildirərək, deyib ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizin bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
Yeniheyet.az xəbər verir ki, Şahin Məmmədov gənc idmançıya bundan sonra da qalib adını qazanaraq, Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırmasını arzulayıb.
RİH başçısı gənc idmançının təəssüratlarını dinləyib. Rəşid idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
       Qeyd edək ki, Rəşidli Rəşid Rəssam oğlu 1993-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1999-cu ildən  “Karate-Do” idman növü ilə  məşğul olmağa başlayıb. İlk uğurunu Bakı şəhərində - Xətai rayonu 59 saylı tam orta məktəbində oxuyarkan  qazanıb. 2005-ci ilə kimi respublika yarışlarında iştrak edib. 2008-ci ildən “Kinq-boksinq”  idman növü ilə məşğul olub, respublika  çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə edib. 2011-ci ildə Gürcüstan Respublikasında “Kinq-boksinq” üzrə keçirilən Beynəlxalq turnirin qalibi olmuşdur. 2012-ci ildə Türkiyədə keçirilən Dünya çempionatının qalibi olub. 2013-2014-cü illərdə Azərbaycan Resbublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu vaxtlarda bir çox yarışlarda iştrak edərək nailiyyətlər əldə edib. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurub.  2014-cü ildə  ildə   Gürcüstan Respublikasında keçirilən “K-1” versiyası üzrə,, 2014-cü ildə Ukraynada keçirilən “Muay-tay” versiyası üzrə keçirilən beynəlxalq turinirlərin qalibi olub. Bu yarışlardan sonra ayağından aldığı zədə səbəbindən iki il idmanla məşğul ola bilməyib. 2017-ci ildən yenidən idman qayıdan Rəşid elə həmin il ölkəmizdə keçirilən Dünya çempionatında çempion adını qazanmağı bacarıb. 2018-ci ildə bu titulu qoruyub saxlaya bilib. Yenidan ölkəmizdə keçirilən Dünya çempionatının qalibi kimi kəmərin sahibi olub. 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Budo” döyüşü üzrə keçirilən Beynəlxalq turnirin, 2021-ci ildə Azərbaycanda keçirilən peşəkar liqa yarışının qalibi adını qazanıb. Elə həmin il Türkiyənin Antaliya şəhərində Tay-Kinq Valotudo döyüş növü üzrə keçirilən Dünya çempionatının qızıl medalına sahiblənibr.
Ailəlidir, iki övladı var.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад