Главная > İdman > Masallı pəhləvanları ölkə çempionatının gümüş və bürünc medalına sahib olub
Masallı pəhləvanları ölkə çempionatının gümüş və bürünc medalına sahib olub11-12-2021, 15:02. Разместил: yeni321 |
![]() Sərbəst güləşçilərimiz Azərbaycan çempionatında bir gümüş, bir bürünc medal qazanıblar Bakı İdman Sarayında sərbəst güləşi üzrə böyüklər arasında keçirilən Azərbaycan çempionatına (07-09 dekabr) yekun vurulub. Yeddi çəki dərəcəsində ölkənin ən güclü sərbəst güləşçiləri Masallı pəhləvanları da yer alıb. ![]() Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhməsib İsayevin yertirmələri Rahid Həmidli (125 kq) ikinci, Zəfər Əliyev isə (97 kq) üçüncü yerin sahibi olub. ![]() Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi ölkə birinciliyi Milli komandalara seçim xarakteri daşıyır. Akif AĞAYEV, www.yeniheyet.az Вернуться назад |