Главная > İdman > Qılıncoynatma federasiyasının baş məşqçisi Masallıda

Qılıncoynatma federasiyasının baş məşqçisi Masallıda


16-12-2021, 22:27. Разместил: yeni321
Qılıncoynatma federasiyasının baş məşqçisi Masallıda

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş məşqçisi Asəf Məlikov və qılıncoynatma idman növü üzrə idmançı Səlamət Abdullayev Masallı rayonunda olmuşlar.
Səfər çərçivəsində idmançılar Vətən müharibəsi əlilləri ilə görüşmüş, onların vəziyyəti ilə maraqlanmış, əlil olmaqlarına baxmayaraq müxtəlif idman növləri ilə və o cümlədən qılıncoynatma idman növü ilə məşğul olmalarını təklif etmişlər.
Sonra qonaqlar Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev ilə birlikdə Masallı şəhərində “Qəhrəmanlar Parkı – Şəhidlər abidə kompleksi”ni ziyarət etmiş, şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək, şəhidlərin ruhuna dualar oxumuşlar.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının baş məşqçisi Asəf Məlikovu qəbul etmiş, söhbətlər aparmış və müharibə əlillərinin bu idman növünə həvəsləndirilmə təkliflərinə görə minnətdarlığını ifadə etmişdir.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад