Главная > İdman > Masallı voleybolçuları I Liqa yarışlarına qələbə ilə başladı

Masallı voleybolçuları I Liqa yarışlarına qələbə ilə başladı


27-12-2021, 21:46. Разместил: yeni321
Masallı voleybolçuları  I Liqa yarışlarına qələbə ilə başladı
   
Dekabrın 26-da  kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə I liqa yarışlarına start verilib.
Yeniheyet.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda rayonumuzu “Masallı” voleybol komandası  təmsil edib.
İlk turun oyunları “Murov” voleybol klubunun idman zalında keçirilib.
Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizəyə qoşulub.
Birinci liqanın açılış matçında  “Masallı” komandası “Ryuqa” komandasına  tay-brekdə 3-2 hesabı ilə qalib gələrək ilk 3 xalını qazanıb.
Qeyd edək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaq, sonra pley-off mərhələsi keçiriləcək.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад