Главная > İdman > Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş idman yarışları başa çatıb
Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş idman yarışları başa çatıb29-12-2021, 15:51. Разместил: yeni321 |
Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş idman yarışları başa çatıb Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş idman yarışlarına yekun vurulub. Yeniheyet.az-a verilən məlumata əsasən, yarışların keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam həyat tərzinin formalaşdırılması, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin olunmasıdır. Qeyd edək ki, yeddi gün (23-29 dekabr) davam edən yarışlarda məktəblilər beş idman növü - şahmat, mini-futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvə və bacarıqlarını sınayıblar. Qaliblərə təşkilat komitəsinin diplomları təqdim olunub. www.yeniheyet.az Вернуться назад |