Главная > İdman > Masallıda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb

Masallıda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb


19-01-2022, 17:42. Разместил: yeni321
Masallıda  20 yanvar şəhidlərinin  xatirəsinə həsr olunmuş idman yarışları başa çatıb
       
Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaq və yeniyetmələr arasında idman yarışlarına yekun vurulub.
Yarışların keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin olunması olmuşdur.
Yeniheyet.az xəbər verir ki, şahmat, mini futbol, voleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə keçirilən yarışlarda 200-ə yaxın  idmançı qüvvə və bacarığını sınayıb.
Beş gün (15-19 yanvar) davam edən yarışların qaliblərinə Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin diplom və medalları təqdim olunub.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад