Главная > İdman > Masallı voleybolçularının I Liqa yarışlarında növbəti qələbəsi

Masallı voleybolçularının I Liqa yarışlarında növbəti qələbəsi


23-01-2022, 21:36. Разместил: yeni321
Komanda qrupda ikinci pilləyə yüksəlib

Yanvarın 23-də kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə Birinci Liqa yarışlarının üçüncü turu keçirilib.
Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda rayonumuzu “Masallı” voleybol komandası təmsil edir.
Növbəti turun oyunları “Murov” voleybol klubunun idman zalında keçirilib.
“Masallı” voleybolçuları “Veteranlar” komandası ilə görüşdən qalib ayrılıblar.
Yeniheyet.az xəbər verir ki, dörd set davam edən matç “Masallı” komandasının üstünlüyü ilə başlayıb və onların 3:1 (25:19, 20:25, 25:19, 25:21) hesablı qələbəsi ilə başa çatıb.  “Masallı” bu qələbən sonra xalların sayını 5-ə çatdırıb və qrupda ikinci pilləyə yüksəlib.
Beləliklə masallıların mübarizə apardığı “B” qrupundakı turnir cədvəli belədir: “Azərbaycan Ali Hərbi Məktəbi” – 6 xal, “Masallı” – 5, “Ryuqa” – 4, “Veteranlar” – 3, “Aura” – 0.
Qeyd edək ki, birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” iki qrupda iki dövrədən ibarət olmaqla mübarizə aparır.
Sonra pley-off mərhələsi keçiriləcək.
 
Akif AĞAYEV,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад