Главная > İdman > Masallıda “Tir atıcılığı” üzrə rayon birinciliyi

Masallıda “Tir atıcılığı” üzrə rayon birinciliyi


1-02-2022, 09:22. Разместил: admin44
Masallıda “Gənclər həftəsi” çərçivəsində “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilib

31 yanvar 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində "XXl əsr gənclər əsridir" mövzusunda gənc qazilər arasında “Tir atıcılığı” üzrə rayon birinciliyi keçirilmişdir.

Yarışın əsas məqsədi, 2 fevral-Azərbaycan gəncləri gününün təsis edilməsinin 25 illiyinin təntənəli şəkildə qeyd edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarət olmuşdur.

Yarışdan öncə vətən müharibəsi qaziləri “Gənclər həftəsi” çərçivəsində təşkil olunmuş “Əl işləri” və “Rəsm” sərgisi ilə tanış olmuşlar. Sərgiyə baxdıqdan sonar yarışa start verilmişdir.

Birincilikdə iştrak edən gənclər qazilər ,öz bacarıqlarını nümayiş etdirmişlər.Daha dəqiq nişan alan 3 nəfər qalib gəlmiş iştirakçı I,II,III yerə layiq görülərək, 2 fevral-Azərbaycan gəncləri günü münasibəti ilə keçirilən tədbirdə rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılacaq.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад