Главная > İdman > Masallı voleybolçuları qrupda birinci pillədə

Masallı voleybolçuları qrupda birinci pillədə


1-02-2022, 09:26. Разместил: admin44

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Birinci Liqa yarışlarının dördüncü turuna yekun vurulub.

“Masallı” voleybolçuları “Azərbaycan Ali Hərbi Məktəbi” komandası ilə görüşdən qalib ayrılıblar. “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, qarşılaşmanın üç setində də inamlı qələbə çalan “Masallı” komandası (25:23, 25:22, 25:21) qrup liderini üstələyərək birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, “Taleh-A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” iki qrupda iki dövrədən ibarət olmaqla mübarizə aparır.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад