Главная > İdman > Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçib

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçib


4-02-2022, 20:04. Разместил: admin44

Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.
Tədbirdə Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr
İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək.

Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад