Главная > İdman > “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş

“Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş


15-02-2022, 22:07. Разместил: admin44

Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş keçirilmişdir

15 fevral 2022-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində boks idman növü üzrə Respublika Çempionatının bürünc mükafatçısı Quliyev Qəyyum Aqşin oğlu ilə məktəblilərin görüş keçirilib.

Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə məktəb müəllimləri və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları və idmançılar iştirak ediblər.

Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının və Xocalı faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək cənab Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğısından geniş söz açaraq, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını və gənclərimiz yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər bir gənc kimi yetişməkdə olduğunu diqqətə çatdırdı. Sonda İdarə rəisi Qəyyum Quliyevə gələcək yarışlarda yeni-yeni uğurlar arzulayaraq hər zaman Azərbaycanın üçrəngli bayrağını uzca zirvələrdə dalğalandırmağı arzuladı

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov və Boks idman növü üzrə Əməkdar məşqçi Həbib Mehtiyev çıxış edərək iştrakçılarını salamlayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışlar.

Sonda İdmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, məktəbin şagirdləri ilə xatirə şəkilləri çəkilmişdir.




www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад