Главная > İdman > Masallıda taekvondo idman növü üzrə rayon birinciliyi

Masallıda taekvondo idman növü üzrə rayon birinciliyi


20-02-2022, 15:45. Разместил: admin44

Masallıda taekvondo idman növü üzrə rayon birinciliyi keçirilmişdir

18-19 fevral 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində Xocalı faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ,2008-2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyinin keçirilmişdir
Əvvəlcə Vətən müharibəsi və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəli sükutla yad edildi.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin açılış mərasımında Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov İdmançıları salamyaraq Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq ,yarışın keçirilməsində əsas məqsədin Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tutmaq , uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi həmçinin rayonda idmanın kütləviliyinin təmin edilməsindən ibarət olduğunu bildirdi.

10 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, kubok və medallarla mükafatlandırılmışlar.



www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад