Главная > İdman > Masallı məktəbliləri arasında idman yarışlarına yekun vurulub

Masallı məktəbliləri arasında idman yarışlarına yekun vurulub


23-02-2022, 18:27. Разместил: admin44

Masallı rayonunda Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş məktəblilər arasında idman yarışlarına yekun vurulub.

Rayon Usaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən yarışlarda məktəblilər beş idman novü – şahmat, futbol, volleybol, yunan-
Roma güləşi və stolüstü tennis üzrə qüvvələrini sınayıblar.
Yarışların açılış mərasimində şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon Usaq-Gənclər İdman-Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov yarışların keçirilməsində məqsədin 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda idmana olan marağı artırmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olduğunu bildirib.

Məktəb idmançılarının uğurları barədə məlumat verən Ə.Yaqubov yarış iştirakçılarına uğurlar arzulayıb.
“Yeni həyat” qəzetinin əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, yeddi gün (17-23 fevral) davam edən yarışlarda məktəbli oğlan və qızlar komanda (futbol, voleybol), müvafiq yaş qrupu (şahmat, stolüstü tennis) və şəxsi (yunan-Roma güləşi) birincilik üzrə mübarizə aparıblar.

Qaliblər UGİŞM tərəfindən diplomlarla mükafatlandırılıb.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад