Главная > İdman / Manşet > Masallı RİH-nin başçısı “İdman ustası” Ruzanna Məmmədovanı qəbul edib

Masallı RİH-nin başçısı “İdman ustası” Ruzanna Məmmədovanı qəbul edib


4-03-2022, 18:37. Разместил: admin44

04 mart 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov sərbəst güləş idman növü üzrə qızlar arasında Respublika turnirinin qalibi, qadınlardan ibarət milli yığma komandanın üzvü, Dünya Çempionatının gümüş mükafatçısı, “İdman ustası” Məmmədova Ruzanna Səxavət qızını qəbul edib.

Rayon rəhbəri idmançı Ruzanna ilə görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə idmana göstərilən diqqət və qayğısından söz açaraq, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını bildirib.

Görüşdə Ruzanna Səxavət qızı Məmmədova qeyd edib ki, idman sahəsində gənclərə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda, rayonda idman sahəsinə, idmançılara, xüsusən də bizə göstərilən diqqət və qayğıya görə başda cənab başçı siz olmaqla, aparatın bütün işçilərinə idmançılar adından öz təşəkkürümü çatdırıram.

İcra başçısı qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gənc idmançı qızı təbrik etmiş və gələcək idman nailiyyətində uğurlar arzulamışdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад