Главная > İdman > Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş
Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş4-03-2022, 18:44. Разместил: admin44 |
Masallıda “Çempionumuz” layihəsi çərçivəsində idmançılarla görüş keçirilmişdir 04 mart 2022-ci il tarixində Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində Sərbəst güləş idman növü üzrə qızlar arasında Respublika turnirinin qalibi, qadınlardan ibarət milli yığma komandanın üzvü, dünya çempionatının gümüş mükafatçısı “İdman ustası” Ruzanna Səxavət qızı Məmmədova, sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında respubliuka birincisi, gənclər arasında Azərbaycan birinciliyinin gümüş mükafatçısı, Avropa Çempionatının bürüc mükafatçısı, Beynəlxalq turnirin bürünc mükafatçısı, böyüklərdən ibatər Milli yığma komandanın üzvü Rahid Rahim oğlu Həmidli və sərbəst güləş idman nnövü üzrə yeniyetmələr arasında Beynəlxalq turninrin gümüş mükafatçısı, böyüklər arasında Azərbaycan birinciliyinin bürünc mükafatçısı, böyüklərdən ibatər Milli yığma komandanın üzvü Zəfər Cəlal oğlu Əliyev ilə məktəblilərin görüş keçirilib. Tədbirdən əvvəl Qəhrəmanlar Parkındakı şəhidlər abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə məktəb müəllimləri və şagirdləri ilə yanaşı rayon gənclər və idman idarəsinin, Təhsil şöbəsinin əməkdaşları və idmançılar iştirak ediblər. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək cənab Prezidentimiz İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğısından geniş söz açaraq, ölkəmizdə idmanın inkişafı üçün çox gözəl şəraitin yaradıldığını və gənclərimiz yaradılan bu şəraitdən istifadə edərək sağlam, möhkəm iradəli, vətənpərvər bir gənc kimi yetişməkdə olduğunu diqqətə çatdırdı. Sonda İdarə rəisi …idmançılara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayaraq hər zaman Azərbaycanın üçrəngli bayrağını uzca zirvələrdə dalğalandırmağı arzuladı. Tədbirdə Azərbaycan İdman jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əlifağa Yaqubov və sərbəst güləş idman növü üzrə baş məşqçi Təhmasib İsayev çıxış edib, iştrakçılarını salamlayaraq ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışaraq idmançılarımıza gələcək yarışlarda uğurlar arzulamışlar. Masallı rayon Gənclər və İdman İdarəsi tərfindən Ruzana Məmmədova 5 Mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə Fəxri fərmanla və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə ilə, digər idmançılar Rahid Həmidli və Zəfər Əliyev fəxri fərmanla təltif edildi. İdmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb. Axırda xatirə şəkilləri çəkdirilib. www.yeniheyet.az Вернуться назад |