Главная > İdman > Masallıda cüdo idman növü üzrə rayon birinciliyi

Masallıda cüdo idman növü üzrə rayon birinciliyi


4-03-2022, 18:52. Разместил: admin44

Masallıda cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Olimpiya Kompleksində 05 mart – Bədən Tərbiyəsi və İdman gününə və “İdman həftəsi” çərçivəsində Masallı şəhid cüdoçuların xatirəsinə həsr olunmuş cüdo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə tədbirdə Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Respublikasının Dövlət himni səslədirilib.

Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları və tədbirdə iştrak edən şəhid valideyinlərini salamlamış və tədbirin keçirilməsində əsas məqsədin Masallının şəhid cüdoçularını xatirəsinin əziz tutulması həmçinin idman həftəsi çərçivəsində idmanın kütləviliyinin təmin edilməsi və idmançılar arasında sağlam həyat tərzinin təbliğ olunmasından ibarət olduğunu bildirmişdir.

Tədbirdə Şəhidlər anası Ziba Əsgərova övladlarının xatirəsinə həsr olunmuş tədbirə və onlara göstərilən diqqət və qayğıya görə şərəf duyduğunu bildirərək övladlarına necə Vətən məhəbbəti, Vətən tərbiyəsi öyrətdiyini qeyd edib.

Tədbirdə Tədbirdə şəhid valideyinləri Bayram Əsgərov, Rauf Həsənov , Balarəzi Nəhmətov çıxış edərək onlara göstərilən diqqət və qayğya görə öz təşəkkürlərini bildirdilər.

Tədbirdə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov çıxış edərək idmançıları salamlamış və şəhid valideyinlərinin tədbirdə iştrak etdikləri üçün onlara öz dərin minnətdarlığını bildirmişdir.

80 nəfərə yaxın idmançının iştrakı ilə təşkil edilən rayon birinciliyi olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir.

Yarışın mükafatlandırılma mərasimində şəhid valideyinləri iştrak edərək bir neçə idmnçının təltif olunmasında iştrak edərək idmançılara diplom və medal təqdim etmişlər.

Rayon birinciliyində qalib gəlmiş cüdoçular Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

Qeyd edək ki, yarışda iştrak edən şəhid valideyinləri və tədbirin keçirilməsində maddi və mənəvi dəstəyə görə “Masallı Electronic”in rəhbəri Ruslan Bağışov Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад