Главная > İdman / Manşet > Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu

Masallıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu


7-03-2022, 10:33. Разместил: admin44

Masallıda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirdi ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub:“Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən tərbiyəsi və idman günü” elan edilib. Azərbaycan xalqının fiziki sağlamlığına çalışan ölkə rəhbəri idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır, həmişərespublikamızın idman imicinin yüksəlməsinə çalışır. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda, regionlarda idmanın kütləviləşməsinə xidmət edir...”

İdarə rəisi tədbir iştirakçılarını, eləcə də Əməkdar məşqçi Səyədulla Əkbərovu 65 illik yubileyi və əlamətdar gün münasibətilə təbrik edərək idmançılarımıza gələcək yarışlarda uğurlar arzuladı.

Rayon gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov 2021-ci il ərzində rayon idmançılarının uğurları barədə məlumat verərək vurğuladı ki, rayon idmançıları hər il idmanın müxtəlif növləri üzrə keçirilən respublika yarışlarında, o cümlədən beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər.

Respublikanın Əməkdar məşqçiləri Həbib Mehdiyev, Qurbanəli İsayev, Sufəddin Məmmədov, Ədalət Ağayev, Xanağa Quliyev, Fəxri Bədən tərbiyəsi və İdman işçisi Tahir Məmmədov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev və başqaları qeyd etdilər ki,Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir.
Natiqlər idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən, Azərbaycan, eləcə də Masallı idmançılarının uğurları və qarşıda duran məqsədlər barədə danışdılar.

Tədbirdə bir qrup idman ictimaiyyəti nümayəndəsi gənclər və idman idarəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.


www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад