Главная > İdman > ADAU ilə Malayziyanın Putra Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub
ADAU ilə Malayziyanın Putra Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub16-03-2022, 10:16. Разместил: admin44 |
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Malayziyanın Putra Universiteti (MPU) arasında onlayn görüş baş tutub. Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşün məqsədi kənd təsərrüfatı sahəsində azərbaycanlı mütəxəssislərin hazırlanması, yay məktəblərində iştirak, qarşılıqlı elmi-tədqiqat işlərinin görülməsi və işgüzar əlaqələrin artırılması baxımından mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Görüşdə həmçinin, ölkəmizin kənd təsərrüfatı potensialı barədə məlumat verilib. Onlayn görüşdə ölkəmizin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov, səfirliyin üçüncü katibi Sabina Yolçuyeva, ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova, Aqronomluq fakültəsinin dekanı, dosent Məhərrəm İsmayılov, Malaziyanın Putra Universitetinin tədqiqat, innovasiyalar, beynəlxalq əlaqələr və tədris işləri üzrə prorektoru Prof.Dr. Nazamid Bin Saari, Tədris şöbəsinin müdiri Dato Haji Rosdi Bin Wah və Aqronomluq fakültəsinin dekanı dosent Nur Azura Binti Adam və digər əməkdaşlar iştirak ediblər. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |