Главная > İdman > Masallıda cüdo üzrə bölgə birinciliyi keçirilib

Masallıda cüdo üzrə bölgə birinciliyi keçirilib


19-03-2022, 09:03. Разместил: admin44

18 mart 2022-ci il tarixdə Masallı Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə bölgə birinciliyi keçirilib.

Yarışın açılış mərasimində Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək yarışların keçirilməsində əsas məqsədin regionlarda perspektivli idmançıların aşkarlanması, həmçinin yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğ olduğunu diqqətə çatdırıb, turnirə qatılan iştirakçılara uğurlar arzulayıblar.
2008-2010-cu il təvəllüdlü idmançıların iştirak etdiyi yarışda cənub regionunun 8 şəhər və rayonundan 81 yeniyetmə cüdoçu 10 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.

Masallı cüdoçuları birinci, Şirvan komandası ikinci, Biləsuvar idmançıları isə üçüncü yerə layiq görülüblər.
Qaliblər müvafiq diplom və medallarla mükafatlandırılıb.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад