Главная > İdman > Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş

Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüş


25-03-2022, 09:22. Разместил: admin44
           
Dövlət başçımız hələ Prezident olmadığı vaxtlardan belə daima idmana diqqət və qayğı ilə yanaşmışdı. Bunun nəticəsində Respublikamızı idmançılarımız dünya arenalarında daima layıqincə təmsil etmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçıları ilə görüşdə çıxış edərək Son illər İdmançılarımızın uğurları  və movcud olan problemlər barədə danışaraq bir cox məsələlərə aydınlıq gətirərək bildirmişdır ki:
           
Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə, ilk növbədə, idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.
           
Cənab Prezidentin İdmançılarla belə geniş məzmunda görüşü idmançılarımızın uğurlarının dahada bol olmasına təkan verəcəkdir.


Xalıq Tağıyev,
Masallı rayon Xıl kənd orta məktəbin direktoru.

"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад