Главная > İdman > Bolqarıstanda keçrilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul
Bolqarıstanda keçrilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul25-03-2022, 09:33. Разместил: admin44 |
Dövlət başçısı cənab İlham Əliyev gənclərə və idmana göstərdiyi xüsusi qayğı bunu bir daha subut etdi ki, gənc güləşçilərimizi qəbul edərək onların diqqətdən kənar qalmadıqlarını bildirdi. O qeyd etdi ki, bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil etdilər. Bunun bariz nümünəsidir ki, idmanın bu növündə bir çox Olimpiya, dünya və Avropa çempiyanatlarımız vardır. Güləş azərbaycanda ən qədim idman növü olmaqla yanaşı həmçinin bizim milli ənənələrimizi özündə yaşadan, bizi keçmişimizlə bağlayan və gələcəyə aparan ən önəmli bir idman növüdür. Ölkə pirizdenti cənab İlham Əliyev həmişə olduğu kimi bu çıxışında da qəhrəman, müzəfər ordumuzun 44 gün ərzində işğal olunmuş ərazilərimizin işğaldan azad olunmasında böyük rolu olduğunu xüsusilə vurğuladı. Onuda qeyd etdiki bu 30 ilər ərzinə qatıldığımız hər hansı idman yarışlarında torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Lakin bu gün biz qalib gəlmiş ölkəni təmsil edirik. Bu onu bir daha sübut edir ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiymiz məharət, güc özünü döyüş meydanlarında da, göstərmiş oldu. Buna görə də Azərbaycan hər zaman öz gücünü nümayiş etdirməklə bir daha nəyə qadir olduğunu əminliklə sübuta yetirdi. Ən önəmli mərhələlərdən biri də azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsi olduğunu bildirən ölkə başçısı bu yerlərdə stadionlar, idman kompleksləri və digər idman qurğuları salınacağını bildirdi. Bunun üçün fedarasiyalar, Gənclər və İdman Nazirliyi layihələrini təqdim etməklərini təqdim etməklərini qeyd etdi. Sonra dövlət başçısı cənab İlham Əliyev gənc idmançıları bir daha təbrik etdi və onlara yeni uğurlar, yeni qələbələr arzuladı. Canəli Abdullayev, Qarğalıq kənd orta məktəbin müəllimi. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |