Главная > İdman > “Masallı” voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıb

“Masallı” voleybolçuları pley-off mərhələsinə vəsiqə qazanıb


28-03-2022, 16:22. Разместил: admin44

I Liqa yarışlarının II dövrə oyunlarına yekun vurulub.

Kişi voleybolçular arasında 2021/22-ci il mövsümü üzrə Birinci Liqa yarışlarının onuncu turun oyunları keçirilib.

Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutan qarşılaşmalarla II dövrənin oyunlarına yekun vurulub və pley-offa yüksələn klubların adlarına aydınlıq gəlib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, “Masallı” voleybolçuları “Aura” komandası ilə görüşdən qalib ayrılıblar. Üç set davam edən matç masallıların  - 3:0 (25:8, 25:14, 25:19) hesablı qələbəsi ilə başa çatıb və komanda növbəti mərhələyə yüksəlib.

Pley-off mərhələsinin oyunları aprelin 3-da olacaq. “A” qrupunda birinci olan “Təhsil“ komandası “B” qrupunun ikincisi “Masallı” ilə, “A” qrupunun ikincisi “Murov-2” isə B qrupunun birincisi “Azərbaycan Ali Hərbi Məktəbi” komandası ilə qarşılaşacaq.
Qaliblər aprelin 10-da finalda üz-üzə gələcək.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад