Главная > İdman > İki Masallı pəhləvanı XI Respublika Oyunlarının mükafatını qazanıb

İki Masallı pəhləvanı XI Respublika Oyunlarının mükafatını qazanıb


26-12-2017, 17:22. Разместил: yeni321
 
İki Masallı pəhləvanı XI Respublika Oyunlarının mükafatını qazanıb


Balakən şəhər Olimpiya İdman Kompleksində (22-25 dekabr ) yeniyetmə sərbəst güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsinə yekun vurulmuşdur.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində  qüvvələrini sınamışlar.
Ölkənin şəhər, rayon, klub və cəmiyyətlərindən 160-dək ən güclü yeniyetmə atletin iştirak etdiyi yarışlarda Masallı komandasının üç güləşçisi birincilik uğrunda mübarizə aparmışdır.
Masallı Rayon Gənclər və İdman İdarəsi UGİM-nin yetirməsi Məhəmməd Sərxanlı (56 kq) yalnız finalda rəqibinə üstün gələ bilməmiş, ikinci yerə layiq görülmüşdür.
29 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Ağazadə isə fəxri kürsünün üçüncü mükafatı ilə kifayətlənmişdir. 
Hər iki pəhləvanı və məşqçi-müəllim Təhmasib İsayevi təbrik edir, onlara növbəti yarışlarda uğurlar arzulayırıq!
                                                                                           
Akif AĞAYEV,
 “Yeni həyat”,
  www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад